AZ: YAY Impact, Nəticə-Əsaslı İdarəetmə yanaşmasından istifadə edərək, inkişaf layihələrini konsepsiyadan icraya qədər aparır və daha sonrakı mərhələlərdə idarə edir.
Zəhməti, əməkdaşlığı və səmərəliliyi təcəssüm etdirdiyi üçün arını simvolumuz olaraq seçdik. Arılar pətəklərini yaradıb qorumaq üçün yorulmadan və sinxron şəkildə çalışdıqları kimi, YAY Impact hər bir layihəyə fədakarlıq və komanda işi ilə yanaşır, effektiv və davamlı nəticələr əldə edir.
Eyni zamanda, arılar ətraf mühitin sağlamlığı üçün vacib olduğu kimi, simvolumuz dayanaqlı və müsbət təsirlər yaratmaq istəyimizi göstərir.
EN: YAY Impact guides development projects from conception to completion and beyond, utilizing a Results-Based Management (RBM) approach.
We chose the bee as our symbol because it embodies diligence, collaboration, and efficiency. Just as bees work tirelessly and harmoniously to sustain their hive, YAY Impact approaches each project with dedication and teamwork, ensuring effective and sustainable results.
The bee also represents our commitment to creating lasting positive impacts, much like how bees are essential for ecological health.
AZ: Biz layihələrin yazılmasına yalnız ehtiyacların qiymətləndirilməsi və maraqlı tərəflərin təhlilindən sonra başlayırıq. Layihənin dizaynı və planlaşdırılması xidmətlərimizə konsepsiya sənədlərinin, layihə təkliflərinin, məntiqi çərçivələrin (logframe) və dəyişiklik nəzəriyyələrinin (theory of change) hazırlanması daxildir.
Biz, layihənin icra mərhələsini də idarə edərək, onun həyata keçirilməsini təmin edirik.
Təsadüfi Nəzarətli Sınaqlar da daxil olmaqla, müxtəlif üsullardan istifadə etməklə monitorinq və qiymətləndirmə komponentinə böyük diqqət yetiririk. Bütün mərhələlərdə aparılan foto və video çəkiliş sayəsində multimedia ilə zəngin aralıq və yekun hesabatlar, həmçinin PR materialları hazırlayırıq.
EN: We shape projects only after thorough needs assessment and stakeholder analysis.
Our project design and planning services include the preparation of concept papers, project proposals, logical framework, and theory of change.
We manage the entire implementation phase, ensuring smooth execution.
We place great emphasis on the monitoring and evaluation component, using various methods, including Randomized Controlled Trials. We prepare interim and final reports along with PR materials, enhanced by multimedia thanks to photo and video documentation undertaken at all stages.
AZ: Layihədə iştirakımız onun başa çatması ilə bitmir. Davamlılığı və uzunmüddətli təsiri təmin etmək üçün layihə tamamlandıqdan sonra da tərəfimizdən mütəmadi olaraq yoxlamalar və təhlillər aparılır.
YAY Impact olaraq biz, inkişaf layihənizin hər mərhələsində mükəmməlliyi təmin etməyə çalışırıq.
EN: Our commitment extends beyond completion with post-project follow-up to ensure sustainability and long-term impact through ongoing support and lessons learned from evaluation.
At YAY Impact, we are dedicated to delivering excellence at every stage of your development project.